Bundesliqa klubu baş məşqçisini qovdu
Almaniyanın “Ştutqart” klubu baş məşqçisi Markus Veynzeyrllə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bundesliqanın 30-cu turunda “Auqsburq”a 0:6 hesabıyla darmadağın olan “Ştutqart”da baş məşqçi Veynzeyrllə yanaşı, məşqçilər Halil Altıntop və Tomas Bart da vəzifəsindən göndərilib.
“Ştutqart”ı müvəqqəti olaraq, Niko Villin çalışdıracaq. “Ştutqart” Bundesliqada 30 turdan sonra 21 xalla 16-cı sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin