Daha bir futbolçu Yaponiyaya üz tutdu
Bu yay “Atletik”lə yollarını ayıran Markel Susaeta karyerasını Yaponiyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Qamba Osaka”ya transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Susaeta ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Atletik”in yetirməsi olan Susaeta 2007-ci ildən La Liqa təmsilçisinin əsas komandasında çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin