“Bu, həqiqətən də, yaxşı çağırışdır” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandası haqda fikirlərini bildirib.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis klubun inkişafını yalnız transferlərlə dəyərləndirmir:

“Fəal futbol oynamalıyıq. Bütün rəqiblərimizə qarşı hökmranlıq etməyə, oyun qaydalarını diktə etməyə çalışmalıyıq.

Bu, həqiqətən də, yaxşı çağırışdır. Ona görə də, biz bu üslubu komandaya tətbiq edəndə futbolçuların daha da inkişaf etdiyini müşahidə edə bilərik. Təkmilləşmə yalnız transfer bazarındakı uğurdan irəli gəlmir”.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının turnir cədvəlində 23 xalla 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button