“Bu transfer mənim üçün imkansız görünmür” – “Barselona”nın sabiq vitse-prezidenti

“Barselona”nın keçmiş vitse-prezidenti Emili Russo Lionel Messi və PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun sabiq rəsmisi, Messi ilə yeni müqavilə imzalanması və Neymarın mümkün qayıdışı ilə bağlı danışıb:

“Düşünürəm ki, Messi və “Barselona” yeni müqavilənin imzalanmasına razı olacaqlar. Bunun üçün hər iki tərəfin müəyyən güzəştlərə getməsi lazım olacaq. Amma bu hekayə davam etməsə, çox təəccüblənəcəm.

Neymara gəlincə, düşünürəm ki, o, yayda komandaya qayıdacaq. Bu transfer mənim üçün imkansız görünmür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button