“İndi həftənin yeddi günü 24 saat işləyirəm” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın son matçlardakı zəif nəticələrinə görə təzyiq hiss edib-etmədiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis kənar şeylər haqda düşünmədiyini bildirib:
“Bu təzyiq klubdakı digər dövrlərdən fərqlənmir. Komandadan kənar şeylər haqqında düşünmürəm. Bəzən enerji toplamaq üçün istirahət etməliyəm, amma indi həftənin yeddi günü 24 saat işləyirəm və necə düzgün qərar verə biləcəyimi düşünürəm”.
Bu gün İngiltərə Premyer Liqasının 11-ci turunda “Fulhem” və “Mançester Yunayted” komandaları qarşılaşacaq. Görüş Londondakı “Kreyven Kottec” stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin