“Ailəmi tərk edə bilməzdim” – Ronaldo

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo komandanın mövsümöncəsi oyununu niyə buraxdığını açıqlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu klubun ona inanmadığından şikayətlənib:

“Mançester Yunayted” rəhbərliyi ilə danışdım. Bəzi problemlərin olduğuna inanmadılar. Bu məsələ məni əsəbiləşdirdi. Heç vaxt futbolu ailəmin sağlamlığından üstün tutmaram. Mənə etimad göstərmədiklərinə görə çox üzüldüm.

Bellanın (Ronaldonun qızı) ciddi problemi olduğu üçün bir həftə xəstəxanada qaldıq. Buna görə də mövsümöncəsi oyunu buraxdım. Ailəmi tərk edə bilməzdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button