PSJ-nin prezidenti medianı ittiham etdi

PSJ-nin prezidenti Nasser Əl-Xələfi hücumçular Neymar və Kilian Mbappe arasında yaranan münaqişə ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, bu məsələdə medianı günahlandırıb:

“Ortada böyük bir problem yoxdur. Bu problemləri yaradan siz mediasınız, doğrudur? Bəli, doğrudur.

Bu bizim mövzumuz deyil. Mən də qardaşım və ya bacımla mübahisə edə bilərəm. Bu normal haldır”.

Daha əvvəl Mbappenin “Monpelye” ilə matçda (5:2) penalti zərbəsini yerinə yetirmək üçün Neymarla konflikt yaşadığı və sonda braziliyalının penaltini yerinə yetirdiyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button