Simeone: “Bu oyunda daha yaxşı çıxış edə bilərdik”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Real”la derbi (1:1) haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bəzi hallarda elə olur ki, biz fürsətdən maksimum yararlana bilmirik. Bu oyunda daha yaxşı çıxış edə bilərdik. İlk hissədə komandamız rəqib qapısında daha yaxşı qərarlar verə bilsə də, digər matçlardakı kimi kəskin alınmadı. Fasilədən sonra əlimizdə olan əks-hücumları ən yaxşı şəkildə idarə edə bilmədik”.

35-ci dəqiqədə Xulian Alvaresin penaltidən vurduğu qol “Atletiko”nu hesabda irəli çıxarıb. “Real” ikinci hissə başlayandan az sonra hesabı bərabərləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button