“Bu oyuna çox yaxşı köklənmişdik”

“Sumqayıt”ın baş məşqçisi Vadim Kuramş “Şəki”yə qarşı keçirdikləri Azərbaycan Basketbol Liqasının 13-cü turunun oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:

“Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Bizim üçün çox çətin oyun oldu. “Şəki” çox yaxşı komandadır. Onların komplektləşmiş heyəti var. Qrupumuzun da lideri idilər. Amma biz bu matça çox yaxşı köklənmişdik. Hədəfimiz pley-offdur. Bu gün 40 yaşlı Aleksey Kitayev qəhrəmanlıq göstərdi. O, 4-cü periodda Saadettin Donatı əvəzləyərək 7 dəqiqə ərzində 10 xal topladı və bu da bizim üçün dönüş nöqtəsi oldu”.

“Şəki” – “Sumqayıt” qarşılaşması ikincilərin 98:93 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button