“Bu ölkə ilə tanış olanda zövq aldım” – “Neftçi”nin yeni transferi
“Neftçi”nin yeni transferi Mateus Saldanya açıqlama verib.
Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu “Lance” nəşrinə açıqlamasında Avropada çıxış etmək arzusunu həyata keçirdiyini deyib:
“Azərbaycanın çox spesifik mədəniyyəti var və mənim üçün yeni təcrübədir. Bu ölkə ilə tanış olanda zövq aldım.
Uyğunlaşma prosesi hələlik tamamlanmayıb. Amma həmişə olduğu kimi, əlimdən gələni etmişəm. İlk qolumu vurduğum üçün çox sevinirəm. Bu, məndəki təzyiqi götürür. Performansımı getdikcə yaxşılaşdırmağa çalışacam”.
“Neftçi” Saldanyanı Yaponiyanın “JEF Yunayted Çiba” klubundan 1 il müddətinə icarəyə götürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin