“Bu, mənim mövsümüm olacaq” – Feliks

“Atletiko”nun hücumçusu Joao Feliks gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, həmişə inkişaf etmək istədiyini deyib:

“Mən həmişə inkişaf etməyə çalışıram. Bundan sonra nə olacağını hələ bilmirəm. Lakin ümid edirəm ki, bu, mənim mövsümüm olacaq”.

22 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 34 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Atletiko” ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button