“Bu mövsüm trebl etsək, təqaüdə çıxacam” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın bu mövsüm trebl edəcəyi təqdirdə, karyerasını başa vuracağını deyib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, bu qərarın çətin olduğunu bildirib:
“Bu mövsüm trebl etsək, təqaüdə çıxacam. Bu, mütləqdir. Çox çətin olduğunu bilirəm. İngiltərədə çoxlu heyrətamiz komandalar olub. Ancaq ser Aleks Ferqyusonun başçılıq etdiyi komanda (“Mançester Yunayted”) və biz bunu bacardıq”.
“Mançester Siti” ötən mövsüm Premyer Liqa, İngiltərə kuboku və Çempionlar Liqasının qalibi olub. Komanda İngiltərədə “Mançester Yunayted”dən sonra trebl edən ikinci klub olub. Qvardiola isə tarixdə iki trebl edən ilk məşqçi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin