
“Bu mövsüm hələ də nəyəsə nail ola bilərik”
“Real”ın baş məşqçisi Karlo Ançelotti mövsümün qalan oyunları ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı La Liqanın son turunda “Atletik” üzərində qazandıqları 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında bu mövsüm hələ də nəyəsə nail ola biləcəklərinə inandıqlarını söyləyib:
“Azarkeşlərin Çempionlar Liqasından çıxdıqdan sonra bizi dəstəkləyəcəyinə şübhəm yox idi. Biz də onlar kimi inanırıq ki, bu mövsüm hələ də nəyəsə nail ola bilərik”.
Madridlilər bu yaxınlarda 1/4 finalda “Arsenal”a məğlub olaraq UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Onlar “Barselona” ilə La Liqa çempionluğu uğrunda mübarizəni davam etdirir və bu komandalar İspaniya kubokunun finalında da qarşılaşacaqlar.
“Real” sona altı tur qalmış “Barsa”dan 4 xal geri qalır. İspaniya kubokunun final oyunu aprelin 26-da keçiriləcək.
Bizi Facebook-da izləyin