ÇL: “Düşünürəm ki, hesab ədalətsizdir” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Nyukasl”a məğlubiyyətini (1:4) şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oyun haqqında bunları deyib:

“Bu matçlar məşqçilər üçün çətindir. Düşünürəm ki, matça çox yaxşı başladıq, “Nyukasl”ın təzyiqi ilə qarşılaşdıq və Osman Dembele erkən qol vurmaq şansı əldə etdi. Açığı, düşünürəm ki, hesab ədalətsizdir. Bizim üçün 1:4 hesabı pisdir”.

Parislilər növbəti turda “Milan”la qarşılaşacaq. Qarşılaşma oktyabrın 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button