“Bu, məğlubiyyəti qəbul etməyi daha da çətinləşdirir” – Noyer
“Bayern”in qapıçısı Manuel Noyer komandanın Çempionlar Liqası ilə vidalaşması haqda açıqlama verib.
Komanda.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Noyer, ÇL-in yarımfinalına çıxmaq üçün əllərindən gələni etdiklərini deyib:
“Stadiondakı hər kəs “Bayern”i yarımfinala çıxarmaq üçün əlindən gələni etdi, o cümlədən tribunalardakı azarkeşlər. Bu, məğlubiyyəti qəbul etməyi daha da çətinləşdirir”.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Vilyarreal”la heç-heçə edən (1:1) “Bayern” İspaniya klubuna ümumi hesabda 1:2 hesabı ilə uduzub.
“Vilyarreal” Çempionlar Liqasının yarımfinalında “Liverpul” – “Benfika” cütünün qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin