Levandovskidən “Real”a məğlubiyyətə şərh

“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya çempionatının 9-cu turunun səfər matçında “Real”a məğlubiyyəti (1:3) şərh edib.

Komanda.az xəbər verir ki, 34 yaşlı polşalı futbolçu sosial media hesabında bunu yazıb: 

“Bu gün bu məğlubiyyət bizi incidir, amma sabah daha çox işləməyə məcbur edəcək”.

Levandovski bu yay “Bayern”dən 45 milyon avro qarşılığında “Barselona”ya keçib. O, bu mövsüm 13 oyunda iştirak edib, 14 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button