“Bu məğlubiyyətdən dərs çıxarmalıyıq” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Abbasov, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Məğlub olmaq çox üzücüdür. Çempionatın bu yerində xal lazım idi. Ruhdan düşməməliyik. Bilirsiz ki, qarşıda hələ üç dövrə var. Oyuna istədiyimiz kimi başladıq, amma bir cüzi diqqətsizlikdən qol buraxdıq. Hər iki komandanın hücumları oldu. İstədiyimiz sonluğu gətirə bilmədik. Bəzi futbolçularımız tam formasında deyil, itkilərimiz var. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq.
  • “Sumqayıt”ın göstərdiyi oyun idimi və Səid Rzadan nə gözləyirsiz?
  • Bu sualı heç cür başa düşmədim. Səidi məndən başqa kim bəyənə bilər ki?
  • Əsas heyətə buraxdığınız 6 yerli futbolçu milliyə dəvət alıb. Sanki onlar bu oyunda özlərini qoruyurdular ki, zədələnməsinlər…
  • Oyunçular mübarizə apardı. Biz digər klublara nisbətən az istirahət etdik. Bu sözümü yozdular, bizi İngiltərə klublarıyla müqayisə etdilər. Bu gün meydanda oyunçuların yorulduğunu gördüm. Hücumların sonunu gətirə bilmədik.
  • Son vaxtlar komandada düşüş var. Sanki oyunçular geriyə addım atıb…
  • Hər dəfə eyni səviyyədə oynamaq olmur. Ötən il 4-5 oyun uda bilmirdik, amma sonradan digər komandalara çatdıq. Futbolda eniş olur.
  • Səid İran çempionatı bitəndən sonra bura gəlib. Onun yorğun olduğunu düşünmürsüz?
  • Başqa seçimimiz olmadığı üçün Səidi oynadırıq. Hələ tam formasında deyil, epizoda girir, qaçır. Peyman Babayi də ilk gələndə oxşar durumda idi, amma sonradan qollar vurdu. Səiddə nəyisə görüb çağırmışıq. Ola bilməz ki, effekt verməsin. Hər transfer uğurlu alınacaq deyə, bir şey yoxdur. Futboldur, Səidə ümidimiz çoxdur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button