“Bu klub son 10 ilin ən yaxşı komandası oldu” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, Çempionlar Liqasında “Şalke” ilə keçirəcəkləri matçdan əvvəl açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, “Real”ın “Ayaks”a 1:4 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırmasını şərh edib:
“İnsanlar “Real”ın mübarizəni dayandırmasından sonra bu turnirin daha asan olacağını düşünürlərsə, yanılırlar. “Real” Çempionlar Liqasını ardıcıl 3 dəfə qazandı. Bu klub son 10 ilin ən yaxşı komandası oldu. Amma gözlənilməz bir şəkildə uğursuzluqla üzləşdilər. Bu klub hələ də inanılmazdır.
Ümid edirəm ki, biz bu gün 1/4 final mərhələsinə vəsiqə qazanacağıq”.
“Mançester Siti” – “Şalke” oyunu bu gün, saat 00:00-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin