Azərbaycan millisinin üzvü ABŞ-dakı həyatından danışdı
ABŞ-ın “Feniks Rizinq” klubunda çıxış edən Rüfət Dadaşov Almaniya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının da üzvü olan hücumçu “Bild” nəşrinə açıqlamasında ABŞ-dakı həyatından danışıb:
“Burada hər şey qaydasında gedir. İnsanlar və komanda yoldaşlarım həqiqətən gözəl və mehribandılar. Artıq dil və ünsiyyət problemi də yoxdur. İndi tətilə çıxacağıq. Uzun müddətdir görmədiyim ailəm və dostlarımı ziyarət etmək üçün Almaniyaya gedəcəm”.
Bu ilin yanvarında Almaniyanın “Proyssen” klubundan “Feniks Rizinq”ə keçən 29 yaşlı hücumçu ABŞ təmsilçisində 15 oyuna 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin