“Bu il keçənilki vəziyyətdəyik, bəlkə də, daha pis vəziyyətdəyik” – Xavi

Baş məşqçi Xavi maliyyə məhdudiyyətlərinin “Barselona”nın transfer planlarına təsirindən danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis çox böyük problemlərinin olduğunu bildirib:

“Biz maddi vəziyyətdən çox, çox asılıyıq. İnsanlar başa düşməlidirlər ki, bizə çox ciddi iqtisadi problemlər miras qalıb. Klub rəhbərliyi “Barsa”nın bütün tarixi boyu malik olduğu rəqabət qabiliyyətini bərpa etmək üçün böyük səy göstərir. Bu il isə keçənilki vəziyyətdəyik, bəlkə də, daha pis vəziyyətdəyik. İstədiyimizə imza ata bilməyə bilərik, reallıq budur.

İnsanlar La Liqanı, Çempionlar Liqasını qazanmağı tələb edirlər, amma biz digər klublarla eyni səviyyədə deyilik. Biz “Mançester Siti”, “Bayern”, “Real” və “Juventus”la eyni iqtisadi səviyyədə deyilik. “Biz oyunçunu bəyənirik, onu alırıq” deyə bilmərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button