“Bu heyəti maksimum saxlamağa çalışacağıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 6:1 hesabı ilə qələbə qazandıqları oyunu belə şərh edib:

“Kəpəz”ə ugurlar arzu edirəm. Futbolçularımı təbrik edirəm. Bu qələbə futbolçulara daha da motivasiya, məsuliyyət verir. Çox şadam ki, bu komanda ilə Azərbaycan çempionluğunu qazandıq. Rəhbərliyimizi də təbrik edirəm. Uğurun ardını gətirməliyik. İl boyu daha yaxşı olmaq istəyiriksə, bu uğurları yeniləmək haqda düşünməliyik.

Qarşıdakı oyunlara tam ciddi məsuliyyətlə yanaşacağıq. Ancaq bəzi oyunçulara istirahət verəcəyik. Bu istirahət oyunçulara daha yaxşı təsir edir”.

Baş məşqçi eyni zamanda Çempionlar Liqası haqda da danışıb:

“Çempionluqdan sonra futbolçularımı yalnız təbrik elədim. Qaldı ki, heyəti qoruyub saxlamağa, maksimum dərəcədə futbolçularımızı saxlamağa çalışacağıq. Bəzən düşünmədiyimiz metodlar olur ki, futbolçularımızı saxlaya bilməmişik. Ancaq bu, bizdən asılıdırsa, buna çalışacağıq”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button