“Bu, hələ son deyil” – Hacı Əliyev
“Hədəfimiz Paris-2024 yay olimpiya oyunlarıdır”.
Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatındakı çıxışından sonra sosial şəbəkə hesabında yazıb:
“Bu gün Avropa çempionatında gümüş medal qazandım. 4-cü dəfə Avropa çempionu olmaq nəsib olmadı. Xeyirlisi..
Hər zamankı kimi, məni tək qoymadığınız üçün sizə minnətdaram. Təbrikləriniz üçün təşəkkür edirəm. Bu, hələ son deyil. Hədəfimiz Paris-2024 yay olimpiya oyunlarıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin