“Qəbələ”nin futbolçusu millinin heyətindən çıxarıldı

Bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətindən bir futbolçu çıxarılıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu, “Qəbələ”nin futbolçusu Sənan Qərimovdur. Toplanışa dəvət olunmuş Qərimov səhhəti ilə əlaqədar Antalyaya yollanan heyətdən çıxarılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button