“Zirə” Samir Abasovla yollarını ayırdı – Rəsmi
Bu gün “Zirə” klubunun rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.
Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində, qarşılıqlı razılaşmaya əsasən, klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.
“Zirə” Premyer Liqada keçirdiyi 7 oyundan sonra 8 xal toplayaraq, 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin