Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri məlum oldu

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2022/23 mövsümünün püşkü atılıb.

Komanda.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan yığmasının da rəqibləri bəlli olub.

3-cü dəfə təşkil olunacaq yarışda əvvəlki illərdəki kimi Avropanın 55 yığması mübarizə aparacaq. Komandalar 4 liqada qüvvəsini sınayacaq. Millimiz gücünə görə 3-cü olan C liqasında çıxış edəcək.

Püşkatmada A, B və C liqalarındakı 16 yığma hərəsində 4 komandanın yer aldığı 4 qrupa bölünüb. D liqasındakı 7 futbol cırtdanı birində 4, digərində 3 komandanın olduğu qruplara ayrılıb.

Azərbaycan yığması C liqasının 3-cü qrupunda yer alıb. Millimizin rəqiblərindən ikisi bəllidir. Bunlar Belarus və Slovakiyadır. Digər rəqibimiz isə Qazaxıstan – Moldova cütünün qalibi olacaq.

Komandalar iki dövrəlik dairəvi sistemlə mübarizə aparacaq. A liqasının 4 qrup qalibi kubok uğrunda final mərhələsində çıxış edəcək. B, C və D liqalarının qrup qalibləri 2024/25 mövsümündə daha yüksək dəstdə oynamaq hüququ qazanacaq. A və B liqalarının qrup sonuncuları aşağı diviziona düşəcəksə, C liqasında 4 sonuncudan ikisi bu aqibətlə üzləşəcək.

AÇ-2020-də və DÇ-2022-də olduğu kimi, Millətlər Liqası AÇ-2024-ün pley-offuna da vəsiqə verəcək. Lakin bu turnirin reqlamenti təsdiqlənmədiyi üçün bu prosedurun necə olacağı hələ bəlli deyil. Reqlamentin 2022-ci ilin iyununda dəqiqləşəcəyi gözlənilir.

Artıq turnirin oyun günləri də bəllidir. Gələn il iyunun 1-14-də ilk 4 turun matçları baş tutacaq. Sentyabrın 22-27-də isə qruplarda son iki tur oynanılacaq.

Həlledici qarşılaşmalar 2023-cü ilə planlaşdırılıb. İyunun 14-15-də yarımfinal, 18-də üçüncülük matçı və final keçiriləcək. Pley-off martın 21-23 və 24-26-na təyin edilib.

A liqası

1-ci qrup
Avstriya
Xorvatiya
Danimarka
Fransa

2-ci qrup
Çexiya
İsveçrə
Portuqaliya
İspaniya

3-cü qrup
Macarıstan
İngiltərə
Almaniya
İtaliya

4-cü qrup
Uels
Polşa
Niderland
Belçika

B liqası

1-ci qrup
Ermənistan
İrlandiya
Şotlandiya
Ukrayna

2-ci qrup
Albaniya
İsrail
Rusiya
İslandiya

3-cü qrup
Monteneqro
Rumıniya
Finlandiya
Bosniya və Herseqovina

4-cü qrup
Sloveniya
Serbiya
Norveç
İsveç

C liqası

1-ci qrup
Farer adaları
Litva
Lüksemburq
Türkiyə

2-ci qrup
Kipr/Estoniya cütünün qalibi
Kosovo
Yunanıstan
Şimali İrlandiya

3-cü qrup
Qazaxıstan/Moldova cütünün qalibi
Azərbaycan
Belarus
Slovakiya

4-cü qrup
Cəbəllütariq
Gürcüstan
Şimali Makedoniya
Bolqarıstan

D liqası

1-ci qrup
Latviya
Andorra
Qazaxıstan/Moldova cütünün məğlubu
Lixtenşteyn

2-ci qrup
San Marino
Kipr/Estoniya cütünün məğlubu
Malta

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button