“Barselona” darmadağın oldu, “Çelsi” “Yuventus”a uduzdu
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupunun qarşılaşmaları keçirilib.
A qrupunda Fransanın PSJ komandası İngiltərə “Mançester Siti”si ilə qarşılaşıb. Paris təmsilçisinin heyətində zədəsini sağaldan Lionel Messi də sözügedən oyunda iştirak edib. Argentinalı futbolçunun da qol vurduğu oyunda parislilər inamlı qələbəyə seviniblər. Qrupun digər matçında “Leyptsiq” evdə “Brügge”yə uduzub.
Turun daha bir maraqlı qarşılaşması B qrupu çərçivəsində olub. İtaliyanın “Milan” komandası “San Siro”da İspaniya “Atletiko”sunu qəbul edib. Madrid təmsilçisi səfərdə əzmkar qələbəyə sevinib. Qrupun digər oyununda “Liverpul” Portuqaliya səfərində “Portu”nu darmadağın edib
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” C qrupu çərçivəsində səfərdə “Ayaks”la üz-üzə gəlib və məğlub olub. Qrupun digər oyununda Dortmund “Borussiya”sı Portuqaliyanın “Sportinq” komandasını minimal hesabla üstələyib.
2-ci turun qalan oyunları bu gün keçirilib. Günün ilk görüşləri F və H qruplarında olub. “Yanq Boyz” İtaliyada “Atalanta”ya minimal hesabla uduzub. “Malmö” isə Rusiyada “Zenit”lə üz-üzə gəlib və darmadağına üzülüb. F qrupunun digər oyununda “Mançester Yunayted” “Vilyarreal”la qarşılaşıb və əzmkar qələbəyə sevinib.
Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada “Yuventus”la turnirin son qalibi olan “Çelsi” arasında baş tutub. “Zadəganlar” səfərdə minimal hesabla uduzublar.
E qrupunda “Barselona” Portuqaliyada “Benfika”nı, “Bayern” isə Kiyev “Dinamo”sunu sınağa çəkib. Münhen təmsilçisi darmadağına sevinən, Kataloniya təmsilçisi isə üzülən tərəf olub.
Çempionlar Liqası, qrup mərhələsi, 2-ci tur
28 sentyabr
C qrupu
Ayaks (Niderland) – Beşiktaş (Türkiyə) 2:0
Qol: Berqeys, 17. Haller, 43.
Borussiya (Dortmund, Almaniya) – Sportinq (Portuqaliya) 1:0
Qol: Malen, 37.
D qrupu
Şaxtyor (Donetsk, Ukrayna) – İnter (İtaliya) 0:0
Real (İspaniya) – Şerif (Moldova) 1:2
Qol: Benzema, 65-pen – Yaxşıbayev, 25. Till, 90.
A qrupu
PSJ (Fransa) – Mançester Siti (İngiltərə) 2:0
Qol: Qeye, 8. Messi, 74.
Leyptsiq (Almaniya) – Brügge (Belçika) 1:2
Qol: Nkunku, 5 – Vanaken, 22. Rits, 41.
B qrupu
Portu (Portuqaliya) – Liverpul (İngiltərə) 1:5
Qol: Taremi, 75 – Salah, 18; 60. Mane, 45. Firmino, 77; 83.
Milan (İtaliya) – Atletiko (İspaniya) 1:2
Qol: Leao, 20 – Qrizmann, 84. L.Suares, 90+4-pen.
29 sentyabr
H qrupu
Zenit (Rusiya) – Malmö (İsveç) 4:0
Qol: Klaudinyo, 9. Kuzyayev, 49. Sutormin, 80. Vendel, 90+4.
Yuventus (İtaliya) – Çelsi (İngiltərə) 1:0
Qol: Kyeza, 46.
F qrupu
Atalanta (İtaliya) – Yanq Boyz (İsveçrə) 1:0
Qol: Pessina, 68.
Mançester Yunayted (İngiltərə) – Vilyarreal (İspaniya) 2:1
Qol: Telles, 60. Ronaldo, 90+5 – Alkaser, 53.
E qrupu
Benfika (Portuqaliya) – Barselona (İspaniya) 3:0
Qol: D.Nunes, 3; 79-pen. R.Silva, 69.
Bayern (Almaniya) – Dinamo (Kiyev, Ukrayna) 5:0
Qol: Levandovski, 12; 27. Qnabri, 68. Sane, 74. Şupo-Motinq, 87.
G qrupu
Volfsburq (Almaniya) – Sevilya (İspaniya) 1:1
Qol: Şteffen, 49 – Rakitiç, 86-pen.
Zalsburq (Avstriya) – Lill (Fransa) 2:1
Qol: Adeyemi, 35-pen; 53-pen – B.Yılmaz, 62.
Bombardir: Sebastyan Haller (“Ayaks”) – 5 qol.
Bizi Facebook-da izləyin