“Çelsi” Çempionlar Liqasının qalibi oldu

Bu gün UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün final matçı keçirilib.

Komanda.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəliblər. Portuqaliyanın Portu şəhərindəki “Draqao” stadionunda keçirilən qarşılaşmaya saat 23:00-da start verilib. Oyunun baş hakimi ispan referi Antonio Mateu Laos olub.

“Mançester Siti”nin heyətində yarımmüdafiəçi İlkay Gündoğanın final matçında iştirak etməsi sual altındaydı. Amma o da bu görüşdə forma geyinib. “Çelsi”də isə itki yox idi.

Finalın taleyini bir qol həll edib. “Çelsi” minimal hesabla qalib gələrək tarixində ikinci dəfə ÇL-in qalibi olub.

Çempionlar Liqası, final

29 may

Mançester Siti (İngiltərə) – Çelsi (İngiltərə) 0:1
Qol: K.Haverts, 42.
Baş hakim:
Antonio Mateu Laos (İspaniya)

Mançester Siti: Ederson, Kayl Uolker, Con Stounz, Ruben Dias, Aleksandr Zinçenko, İlkay Gündoğan, Bernardo Silva, Fil Foden, Riyad Mahrez, Kevin de Bruyne, Rahim Sterlinq.

Çelsi: Eduard Mendi, Ris Ceyms, Sesar Aspilikueta, Tyaqo Silva, Antonio Rudiger, Ben Çiluell, Jorjinyo, Nqolo Kante, Meyson Maunt, Kay Haverts, Timo Verner.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button