Avroliqada yenə “Sevilya” ən güclü oldu

Futbol üzrə Avropa Liqasında 2019/20 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün turnirin final oyunu keçirilib.

Həlledici qarşılaşmada İspaniya təmsilçisi “Sevilya” ilə İtaliya “İnter”i üz-üzə gəlib.

Niderlandlı Denni Makkelienin idarə etdiyi matç “Sevilya”nın 6-cı Avropa Liqası finalı olub. Bu komanda əvvəlki 5 finalda olduğu kimi, yenə kuboku muzeyinə aparmaq niyyətindəydi.

Sonuncu dəfə 1998-ci ildə ikinci dərəcəli klub turnirinin qalibi olan “İnter” isə 22 illik fasilədən sonra meydana çıxdığı 5-ci həlledici görüşdə 4-cü titulunu qazanmağı hədəfləmişdi. Amma beş qolun qeydə alındığı matçda yenə sevinən tərəf “Sevilya” olub.

Avropa Liqası
Final


21 avqust

Sevilya (İspaniya) – İnter (İtaliya) 3:2
Qol
: De Yonq, 12; 33. D.Karlos, 74 – Lukaku, 5-pen. Qodin, 36.
Köln. “Reyn Enerji” stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button