“İnşallah, sabah ən yaxşı nəticəni əldə etməyə çalışacağıq” – Qurban Qurbanov

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun UEFA Konfrans Liqasının “Kayrat”la (Qazaxıstan) oyunundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov, sabah saat 20:45-də start götürəcək matçla bağlı bunları deyib:

  • Hamımız bu oyuna ciddi hazırlaşmışıq. Hər xalın sonda çox köməyi ola bilər. Mən rəqibin bu oyunla bağlı hazırlıqlarına baxıram, fikirlərini oxuyuram. Bu oyuna çox ciddi hazırlaşırlar. “Kayrat”ın hücum xətti çox yaxşıdır. İnşallah, sabah ən yaxşı nəticəni əldə etməyə çalışacağıq. Mən futbolçularıma inanıram.
  • Sabahkı oyun “Bazel”lə matçdakı kimi eyni tempdə keçəcək, yoxsa daha səbrlə oynayacaqsız?
  • Onların futbolu fərqlidir. “Kayrat” yaxşı müdafiə olunub, cəld əks-hücuma çıxır. Müdafiədə diqqətli olmalıyıq. Səbrli olub, tələsməməyə çalışacağıq. Hər saniyə oyuna konsentrasiyalı olmalıyıq. Oyunun tempini yüksəltməyə çalışacağıq.
  • Kurban Berdıyevin futbolumuzu bilməsi işinizi çətinləşdirir?
  • Həmkarıma hörmətlə yanaşıram. Onun Rusiyada uğurlu karyerası olub, böyük təcrübəsi var. Berdıyevlə şəxsi tanışlığım yoxdur. Amma eşitmişəm ki, o, heç bir oyuna qeyri-ciddi yanaşmır. Hansı komanda ilə oynayırlarsa-oynasınlar onun üçün vacib görüş olur. Təcrübəli məşqçinin komandasına qarşı oynayacağıq. Diqqətli olmalıyıq.
  • Nəyə görə son məşqi Tofiq Bəhramov stadionunda keçirmədiz?
  • Meydança pis görünmür. Hər iki komanda burada məşq edərsə, qazon yaxşı durumda olmaya bilər. Qazon daha da yaxşılaşır. Açığı, bu qədər yaxşı olacağını gözləmirdim. Hələ tam hazır deyil.
  • Həftəsonu “Kayrat”ın “Astana” ilə prinsipial oyunu var…
  • Düşünmürəm ki, onlar hazırda bu oyun haqda fikirləşsin. Çünki futbolda belə şeylər qalmayıb. Əslində, onlar üçün çempionluq şansı qalmadığından, “Astana” matçı o qədər də önəmli deyil. Sabahkı oyun bizim üçün də, “Kayrat” üçün də vacibdir.
  • “Qarabağ”ın bu mövsüm məğlub olmaması komandada təzyiq yaradır?
  • Bu məni narahat edir. Bir tərəfdən sevinirəm, komandamız haqda xoş sözlər eşidirəm. Amma bəzi məqamlar komandaya təzyiq edir. Nə vaxt uduzacağımızı düşünməyə başlayırlar. Bu barədə nə qədər çox yazsalar, bizə təsir edir.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button