“İnter” evdə, “Milan” səfərdə qələbə qazandı

Futbol üzrə İtaliya A Seriyasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Latsio” səfərdə “Krotone” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. “Atalanta” “Spetsiya” ilə səfər oyunundan xal itkisi ilə ayrılıb. “Yuventus” isə “Kalyari”ni sınağa çəkib və iki cavabsız qolla üstün olub.

“İnter” bu tur çərçivəsində Turinin “Torino” klubunu qəbul edib və inamlı qələbəyə sevinib. “Roma” “Parma”nı, “Udineze” isə “Cenoa”nı məğlub yola salıb.

“Fiorentina” evdə “Benevento”ya, “Sampdoriya” “Bolonya”ya, “Verona” isə “Sassuolo”ya uduzub.

Turun mərkəzi görüşü Neapolda keçirilib. Lider “Milan” burda Cennaro Qattuzonun rəhbərlik etdiyi “Napoli”ni məğlub edib.

İtaliya A Seriyası, 8-ci tur

21 noyabr

Krotone – Latsio 0:2
Qol
: İmmobile, 21. Korrea, 58.

Spetsiya – Atalanta 0:0

Yuventus – Kalyari 2:0
Qol
: Ronaldo, 38; 42.

22 noyabr

Fiorentina – Benevento 0:1
Qol
: İmprota, 52.

Roma – Parma 3:0
Qol
: Mayoral, 28. Mxitaryan, 32; 40.

İnter – Torino 4:2
Qol
: A.Sançes, 64. Lukaku, 67; 84-pen. L.Martines, 90 – Zaza, 45+2. Ansaldi, 62-pen.

Sampdoriya – Bolonya 1:2
Qol
: Torsbi, 7 – Recini, 44-öz qapısına. Orsolini, 52.

Verona – Sassuolo 0:2
Qol
: Boqa, 42. Berardi, 76.

Udineze – Cenoa 1:0
Qol
: De Paul, 34.

Napoli – Milan 1:3
Qol
: Mertens, 63 – İbrahimoviç, 20; 54. Hauqe, 90+5.

Bombardir: Zlatan İbrahimoviç (Milan) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button