“Çelsi”dən “Mançester Yunayted”lə heç-heçə
Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib. Turun açılış matçında “Arsenal” doğma meydanda “Nyukasl”ı qəbul edib və inamlı qələbəyə sevinib.
“Liverpul” bu turda “Sauthempton”un müqavimətini 4 cavabsız qolla qırıb. “Kristal Pelas” evdə “Aston Villa”ya uduzub.
“Norviç Siti” – “Vulverhempton” və “Brayton” – “Lids” matçlarında isə qapılara qol vurulmayıb.
“Mançester Siti”nin bu turdakı rəqibi “Vest Hem” olub. “Şəhərlilər” bu oyundan qalib ayrılıblar. Turun mərkəzi görüşü Londonda keçirilib. Lider “Çelsi” doğma meydanda “Mançester Yunayted”lə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Tottenhem”in “Bernli” ilə səfər oyunu isə güclü qar yağışı səbəbindən təxirə salınıb.
İngiltərə Premyer Liqası, 13-cü tur
27 noyabr
Arsenal – Nyukasl 2:0
Qol: Saka, 56. Martinelli, 66.
Kristal Pelas – Aston Villa 1:2
Qol: Quehi, 90+5 – Targett, 15. Makqinn, 86.
Liverpul – Sauthempton 4:0
Qol: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.
Norviç Siti – Vulverhempton 0:0
Brayton – Lids 0:0
28 noyabr
Bernli – Tottenhem oyunu təxirə salınıb
Brentford – Everton 1:0
Qol: Toni, 24-pen.
Lester Siti – Uotford 4:2
Qol: Maddison, 16. Vardi, 34; 42. Lukman, 68 – Kinq, 30. Dennis, 61.
Mançester Siti – Vest Hem 2:1
Qol: İ.Gündoğan, 33. Fernandinyo, 90 – Lanzini, 90+4.
Çelsi – Mançester Yunayted 1:1
Qol: Jorjinyo, 69-pen – Sanço, 50.
Bombardir: Məhəmməd Salah (Liverpul) – 10 qol.
Bizi Facebook-da izləyin