Azərbaycanda bu liqa matçlarında hesab qeydə alınmayacaq

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda alınan qərara görə, U-11 liqasında matçlarda hesab nəzərə alınmasın. Bu barədə AFFA-nın vitse-prezidenti Elxan Məmmədov məlumat verib:

“Bu, birmənalı qarşılanmaya bilər. Amma baxırıq ki, bu çempionatlarda 15:0, 23:1, 8:0, 24:0 və s. kimi nəticələr qeydə alınır. Bu səbəbdən, qərar qəbul etdik ki, oyunlarda hesab olmasın. Komanda ya udsun, ya da uduzsun”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button