“Qarabağ”ın keçmiş futbolçusu “Neftçi”yə vurduqları ilk qolu xatırladı
“Qarabağ” Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Ağdam klubunun sosial şəbəkə hesabında oyunla bağlı paylaşım edilib. Paylaşımda “Qarabağ”ın rəsmi oyunlarda “Neftçi”yə vurduğu ilk qolun müəllifi Zaur Qarayevin fikirlərinə yer verilib:
“1992-ci ilin sentyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” ilə qarşılaşırdıq. Səttar Əliyevin ötürməsindən sonra topu qapıya göndərdim. İndiyədək “Qarabağ”la “Neftçi” 80 dəfə qarşılaşıb və bu oyunlarda Ağdam klubu 30 qələbə qazanıb. Bu gün hər şey fərqlidir, dəyişməyən isə məkandır. 28 il 100 gün sonra komandalar yenidən Tofiq Bəhramov adına stadionada qarşılaşır”.
Sabah keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:30-da başlayacaq.
Bizi Facebook-da izləyin