PSJ səfərdə, “Lill” evdə qələbə qazandı

Bu gün Fransa Liqa 1-də 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə oynanılıb. Çempionluq uğrunda mübarizə aparan “Lion” komandası bu turda doğma meydanda “Renn”i qəbul edib və minimal hesabla üstün olub..

Ötən tur “Strasburq”la ev oyununda xal itirən lider “Lill”in budəfəki rəqibi “Marsel” olub. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

Son çempion PSJ “Bordo” səfərinə yollanıb və minimal hesabla qalib gəlibsə, “Monako” “Strasburq”la səfər oyunundan məğlubiyyətlə ayrılıb.

Fransa Liqa 1, 28-ci tur

3 mart

Brest – Dijon 3:1
Qol
: Honorat, 17. Munye, 27. Kardona, 40 – Assale, 29.

Lion – Renn 1:0
Qol
: Auar, 74.

Mets – Anje 0:1
Qol
: Fulgini, 44-pen.

Nitsa – Nim 2:1
Qol
: Quiri, 4. Klaude, 75 – Landre, 50.

Sent-Etyen – Lans 2:3
Qol
: Mukudi, 40. Buanqa, 90+4-pen – Sotoka, 20-pen. Kalimuendo, 24. Kosta, 90+2.

Bordo – PSJ 0:1
Qol
: Sarabiya, 20.

Lill – Marsel 2:0
Qol
: David, 90; 90+2.

Monpelye – Loryan 1:1
Qol
: Mavididi, 28 – Qrbiç, 9-pen.

Nant – Reyms 1:2
Qol
: Simon, 14 – Konan, 39. Abdelhamid, 89.

Strasburq – Monako 1:0
Qol
: Jilbert, 90+1.

Bombardir: Kilian Mbappe (PSJ) – 18 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button