“Mançester Siti” “Borussiya”ya, “Real” “Atalanta”ya qalib gəldi

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin son oyunları keçirilib.

Komanda.az xəbər verir ki, İspaniyanın “Atletiko” klubu “Çelsi”ni qəbul edib. Matç koronavirus səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə keçirilib. London klubu bu oyundan minimal hesabla qalib ayrılıb.

Günün digər matçında turnirin son qalibi “Bavariya” İtaliya “Latsio”sunun qonağı olub. Münhen təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.

1/8 finalın digər görüşləri bu gün keçirilib. “Mançester Siti” “Borussiya” (Münhenqladbax, Almaniya) ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. İspaniyanın “Real” klubu isə “Atalanta”nın müqavimətini çətinliklə qıra bilib.

Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

23 fevral

Atletiko (İspaniya) – Çelsi (İngiltərə) 0:1
Qol: Jiru, 68.
Baş hakim: Feliks Brix (Almaniya)
Rumıniya, “Nasional” stadionu

Latsio (İtaliya) – Bavariya (Almaniya) 1:4
Qol: Korrea, 49 – Levandovski, 9. Musiala, 24. Sane, 42. Açerbi, 47-öz qapısına.
Baş hakim: Orel Qrinfeld (İsrail)
İtaliya, “Olimpiko” stadionu

24 fevral

Atalanta (İtaliya) – Real (İspaniya) 0:1
Qol:
Mendi, 86.
Baş hakim: Tobias Steyler (Almaniya)
İtaliya, “Stadio di Berqamo”

Borussiya (Münhenqladbax, Almaniya) – Mançester Siti (İngiltərə) 0:2
Qol: B.Silva, 29. Q.Jezus, 65.
Baş hakim: Artur Dias (Portuqaliya)
Macarıstan, “Puskas Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button