Ölkə kubokunu “Qəbələ” qazandı!

Bu gün futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, həlledici matçda “Neftçi” ilə “Qəbələ” qarşılaşıb.

Hər iki komanda bu oyunadək artıq Konfrans Liqasına vəsiqəni Premyer Liqa yolu ilə təmin etmişdi. Kubokun final matçı “Neftçi” və “Qəbələ” üçün titul qazanmaq baxımından önəmli idi.

“Bakcell Arena”da keçirilən oyunda əsas vaxt qolsuz bitib. Əlavə vaxtda isə penalti qazanan “Qəbələ” bu şansdan maksimum yararlanıb. Beləcə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” ölkə kubokunun qalibi olub.

Azərbaycan kuboku, final

3 iyun

Neftçi – Qəbələ 0:1
Qol: İsnik Alimi, 102-pen.
Baş hakim: İnqilab Məmmədov
Köməkçi hakimlər: Kamran Bayramov, Vüsal
Dördüncü hakim: Tural Qurbanov
VAR hakimi: Əliyar Ağayev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena” stadionu

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 91. Ağadadaş Salyanski, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andery Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button