“Bayer”dən inamlı qələbə
Futbol üzrə Almaniya Bundesliqasında 5-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış matçında “Ştutqart” “Köln”ü qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Bavariya” bu turda “Ayntraxt”ı qəbul edibsə, Dortmund “Borussiya”sı “Şalke” ilə üz-üzə gəlib. Münhen təmsilçisi 5, Dortmund klubu isə 3 cavabsız qola sevinib. Lider “Leyptsiq” də “Herta” ilə ev oyunundan qalib ayrılıb.
Bazar günü daha iki görüş baş tutub. Üç qolun qeydə alındığı “Volfsburq” – “Arminiya” matçında meydan sahibləri qələbə qazanıblar. “Verder” – “Hoffenhaym” matçında isə heç-heçə qeydə alınıb.
Sonuncu oyun günündə “Bayer” “Auqsburq”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Almaniya Bundesliqası, 5-ci tur
23 oktyabr
Ştutqart – Köln 1:1
Qol: Manqala, 1 – Andersson, 23-pen.
24 oktyabr
Bavariya – Ayntraxt 5:0
Qol: Levandovski, 10; 26; 60. Sane, 72. Musiala, 90.
Maynts – Borussiya M 2:3
Qol: Mateta, 23; 36 – Ştindl, 15. Hofmann, 76-pen. Ginter, 83.
Leyptsiq – Herta 2:1
Qol: Upamekano, 11. Sabitser, 77 – Kordoba, 8.
Yunion – Frayburq 1:1
Qol: Endrix, 36 – Qrifo, 34.
Borussiya D – Şalke 3:0
Qol: Akanci, 55. Haland, 61. Hummels, 78.
25 oktyabr
Volfsburq – Arminiya 2:1
Qol: Veqorst, 19. Arnold, 20 – Şipplokk, 80.
Verder – Hoffenhaym 1:1
Qol: Eggeştayn, 5 – Qeyqer, 22.
26 oktyabr
Bayer – Auqsburq 3:1
Qol: Alario, 16; 74. Diabi, 90+4 – Kaliciuri, 51.
Bombardir: Robert Levandovski (Bavariya) – 10 qol.
Bizi Facebook-da izləyin