Sənan Qurbanov və azarkeşlər “Keşlə”ni ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 5-ci turunun “Keşlə” – “Qarabağ” oyununda matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
“Keşlə” klubunun baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
“Səbail” – “Zirə” matçının 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
“Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri pirotexnik vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Bizi Facebook-da izləyin