
AFFA “Keşlə”ni cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda “Keşlə” klubunun cərimələnməsi ilə bağlı qərar qəbul olunub. Belə ki, Premyer Liqanın 23-cü turunun “Keşlə” – “Sabah” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Qarşılaşma 0:0 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin