Millinin yeni baş məşqçisi açıqlana bilər – AFFA-da qərar günü
Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Komanda.az xəbər verir ki, iclasda futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisinin də adı açıqlana bilər. Saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
- Digər məsələlər
Son vaxtlar yığmanın baş məşqçi postu üçün “Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kinin adı çəkilsə də, federasiya bu seçimdən imtina edib. AFFA-nın hazırda iki əsas seçimi var: italiyalı Canni de Byazi və yerli mütəxəssis.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin