Azərbaycan millisinin üzvü ən yaxşı seçildi
ABŞ-ın 2-ci liqasında ilk turun ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, “Feniks Rizinq”in hücumçusu Rüfət Dadaşovdur. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Azərbaycan millisinin də üzvü olan Rüfət, ilk turda “Feniks Rizinq”in “Portlend Timbers 2”-ni 6:1 hesabıyla məğlub etdiyi matçda het-trik edib.
Rüfət, həm də həftənin rəmzi komandasında yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin