“Bu, bizim üçün həyəcan siqnalıdır” – Ancelotti
“Real”ın baş məşqçisi Karlo Ancelotti İspaniya La Liqasının 32-ci turunun “Almeriya” ilə matçını (4:2) şərh edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, Vinisius Junior və Orelyen Tuçameni haqda danışıb:
“Vinisius dizindən zədə aldı. Bu, heç yaxşı olmadı. Məncə, bir neçə günə sağalacaq. Növbəti oyuna qədər cəzalı duruma düşüb. İspaniya kubokunun finalına qədər yaxşı olacaq.
Oyunun sonlarına doğru hesab 3:0 və 4:1 olanda rahatlaşdıq. Bu, bizim üçün həyəcan siqnalıdır. Sürəti azaltmaq olmaz. Çünki zəiflədiyin an qol buraxırsan.
Bilirsiz Tuçamenini nə üçün vacib oyunçu hesab edirəm? O, mərkəz müdafiəçilərinin qarşısında önümüzü tamamilə qapadır. Rəqib oyuna girəndə cərimə meydançasında çox yaxşı davranır. Tuçameni çox gəncdir, hazırda öyrənməyə davam edir”.
“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlində 68 xalla ikinci, “Almeriya” isə 33 xalla 15-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin