“Bu, bizim bədbəxt olduğumuz gündür” – Klub prezidenti
“Barselona”nın prezidenti Xuan Laporta “Rayo Valyekano”ya məğlubiyyətdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri “Barsa” azarkeşlərinə müraciət edib:
“Bu, bizim bədbəxt olduğumuz gündür. Çünki dünən nə oyun yaxşı idi, nə də nəticə. Məqsəd hələ də La Liqanı qazanmaqdır. Bu, bizim prioritetimizdir və biz ikinci yerdən olan komandadan 11 xal öndəyik.
“Barsa” azarkeşlərindən xahiş edirəm ki, titul qazana bilməyimiz üçün qalan ev matçlarında komandanı dəstəkləsinlər”.
Kataloniya komandası La Liqanın 31-ci turunun matçında “Rayo Valyekano”ya 1:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin