“Bu barədə danışmağı xoşlamıram” – Ancelotti
“Real”ın baş məşqçisi Karlo Ancelotti Braziliya millisini çalışdıracağı ilə bağlı yayılan məsələyə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis İspaniya klubunda məşqçilik karyerasını davam etdirmək istədiyini dilə gətirib:
“Bu barədə danışmağı xoşlamıram. “Real”da qalmaq istəyirəm. Bunu əvvəl də aydın şəkildə demişdim”.
Öncədən Ancelottinin Braziliya yığmasına rəhbərlik edəcəyi bildirilirdi. Onun “kral klubu” ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin