Braziliyalı futbolçu “Barselona”dan getmək istəmir
“Barselona”nın hücumçusu Vitor Roke Hans-Diter Fliki heyran etməkdə qərarlıdır. O, ötən il “Atletiko Paranaense”dən keçdikdən sonra Kataloniya klubunun əsas heyətinə düşə bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan bir neçə Avropa klubu 19 yaşlı forvardı icarəyə götürməyə hazırdır. Lakin o, hələ də “Barselona”da qalmaqda qərarlıdır və komandanın yeni baş məşqçisi Fliki heyran etməyə çalışır.
Niko Ulyams və Dani Olmonun mümkün gəlişi fonunda Rokenin “Barsa”da perspektivləri daha da “bulud”lu görünür.
Braziliyalı futbolçu irəli xətdə rəqabətdən qorxmur, ona görə də, getməyə tələsmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin