Braziliyalı futbolçu rəsmən “Fənərbaxça”da
Braziliyalı yarımmüdafiəçi Villian Araonın Türkiyənin “Fənərbaxça” klubuna keçidi tam rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 2+1 illik müqaviləyə imza atıblar.
“Korintians”ın yetirməsi olan Arao “Portuqeza”, “Şapekoense”, “Atletiko Qoiyaniense” və “Botafoqo”da da icarədə oynayıb. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu, 2016-cı ildən “Flamenqo”da çıxış edirdi. Arao Braziliya millisində də 1 oyuna çıxıb.
“Fənərbaxça” öz yetirməsi olan Arda Okan Kurtulanı da “Adana Dəmirspor”a satdığını açıqlayıb. 19 yaşlı futbolçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb.
“Adana Dəmirspor” “Qalatasaray”dan da Ali Yavuz Kolu transfer edib. 21 yaşlı forvardla 2+2 illik müqavilə imzalanıb.
Bizi Facebook-da izləyin