Braziliyalı futbolçu mövsümü erkən başa vurdu

İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”un futbolçusu Evanilsonun ayağı sındığı üçün mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat olunan Braziliya millisinin üzvü bərpa prosesinə başlayıb.

Onun ayağı Premyer Liqanın 20-ci turunda keçirilən “Everton”la matçda sınıb.

25 yaşlı hücumçu “Bornmut”a cari mövsümün əvvəlində 37 milyon avroya Portuqaliyanın “Portu” kollektivindən keçib. Bu, İngiltərə klubunun tarixində ən bahalı transfer olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button