Pato ABŞ klubu ilə anlaşdı
Braziliya millisinin sabiq üzvü Aleşandre Pato karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı hücumçu “Orlando Siti” ilə anlaşıb. MLS təmsilçisi yaxın zamanda Patonun keçidini rəsmən açıqlayacaq.
Son olaraq “San Paulo”da forma geyinən Pato avqust ayından azad agent statusu daşıyır. Braziliyalı futbolçu karyerası ərzində “Milan” (İtaliya), “Korintians” (Braziliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tyantzin Tyantsyan” (Çin) kimi klublarda çıxış edib.
Pato Braziliya yığmasında 27 oyunda 10 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin