Tite tunisliləri ittiham etdi – Neymara görə

Braziliya millisinin baş məşqçisi Tite Tunislə yoldaşlıq matçından (5:1) sonra rəqib futbolçuları Neymara qarşı bilərəkdən kobud oynamaqda ittiham edib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, Tite, tunislilərin Neymara qarşı bu qədər aqressiv oynayacağını gözləmədiyini söyləyib:

“Rəqibin yaxşı mübarizə aparacağını bilirdik, amma Neymara qarşı bu qədər aqressivliyin olacağını bilmirdim. Sanki hər şeyi etməyə çalışırdılar ki, Neymar dünya çempionatına getməsin. Rəqabətə susuzluq yoldaşlıq görüşlərini emosiyasız keçirməyə imkan vermir, ona görə də, biz risk etdik. Amma rəqibin Neymara qarşı mübarizəsi həqiqətən təhlükəli idi”.

Neymar bu mövsüm Braziliya millisində və PSJ-də 13 oyunda 14 qol vurub, 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button