“Braqa”nın daha bir futbolçusu “Qarabağ”la matçlarda olmayacaq
“Braqa”nın daha bir futbolçusu UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunları buraxacaq.
Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, sol cinah müdafiəçisi Adrian Marin ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Yanvarın 14-də “Portu” ilə çempionat oyununda (0:2) sıradan çıxan ispaniyalı futbolçu əməliyyat olunub. Həkimlər onun yalnız 4 həftədən sonra komandaya qoşulacağını açıqlayıb. Bu da o deməkdir ki, Marin “Qarabağ”la fevralın 15-də və 22-də keçiriləcək matçlarda olmayacaq.
“Braqa”nın yarımmüdafiəçisi Bruma da zədə səbəbindən “köhlən atlar”la görüşləri buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin